XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası ermənilərin işğalı zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınmışdı. 2022-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən həmin binalarda təmir-bərpa işlərinə başlanılmışdı. Bərpa edilən binalar hazırda “Yasəmən” oteli üçün istifadəyə verilib.