Şuşada “Şirin su” hamamı

  • Layihə
  • Foto


Şuşada yerləşən “Şirin su” hamamı Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.

 

“Şirin su” hamamı 1880-ci ildə inşa edilib və Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Burada bərpa işlərinə 2022-ci ildə başlanılıb.

 

Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilib, əlavə tikililər aparılıb, hamam yararsız vəziyyətə salınmışdı. Avstriyanın “Wehdorn Architekten” şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılan bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr - fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib. Ərazidə hasar divarları tikilib, pilləkənlər bərpa edilib.


007.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG