Kannda Azərbaycan mədəniyyəti günləri - 2013

  • Layihə
  • Foto


2013-cü il iyulun 4-də Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan Kannda” layihəsi çərçivəsində Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət günlərinə start verilib. Bu məqsədlə Kann və ətraf şəhərlər Azərbaycanın təqdimat banerləri və lövhələri ilə bəzədilib.

 

“Qız qalası” Dördüncü Beynəlxalq incəsənət festivalının açılışı

 

İyulun 4-də Kannın La Kruazet bulvarında “Qız Qalası” Dördüncü Beynəlxalq incəsənət festivalının açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Kann şəhərinin meri, deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər.

 

2000-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və paytaxtımızın rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması məqsədi ilə 2010-cu ildən etibarən “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirilir.

 

“Qız Qalası” sərgi-festivalının əsas meyarı tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirirlər.

 

İlk dəfə olaraq Azərbaycandan kənarda keçirilən sərgi-festivalın diqqət çəkən məqamlarından biri də Qız Qalasının Kannda tanıdılmasına yeni tematik komponentin əlavə olunmasıdır.

 

Festival çərçivəsində Heydər Əliyev Fondunun Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı layihəsi də təqdim olunub. İyirmi gün ərzində keçiriləcək sərgidə nəsli kəsilməkdə olan ceyranlara diqqət cəlb etmək məqsədilə ceyran maketləri hazırlanıb və dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən bəzədilib.

 

Ümumilikdə sərgidə 26 rəssamın Qız Qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.

 

Bu işlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın da əsərləri yer alıb.

 

Kannda “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı

 

İyulun 4-də Kannın Festivallar sarayında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan mərasimdə iştirak ediblər.

 

Festivallar sarayının sərgi salonunda təşkil edilən sərgidə milli geyimlərimiz, qədim misgərlik nümunələrimiz, milli musiqi alətlərimiz, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi nümayiş etdirilib, Heydər Əliyev Fondunun müxtəlif nəşrləri təqdim olunub.

 

Sərginin “Hisslər” adlanan bölməsində tanınmış fırça ustalarımız müasir Azərbaycan incəsənətinin nümunələrini təqdim ediblər.

 

Beynəlxalq Pirotexnika festivalının rəsmi açılışı

 

İyulun 4-də hər il Kann şəhərində keçirilən Beynəlxalq Pirotexnika festivalının rəsmi açılışı olub. Budəfəki festivalın rəsmi açılışını Azərbaycan edib. 1967-ci ildən keçirilən bu festivalda möhtəşəm atəşfəşanlıq rənglər və musiqinin vəhdətində təqdim edilir.

 

“Azərbaycan musiqi və rənglərdə” (Azerbaijan in music and colors) şousu Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, Niyazinin “Rast” simfonik muğamı, Fikrət Əmirovun “Şur” simfonik muğamı, digər klassik musiqi və bəstəkar mahnılarının müşayiəti ilə təqdim edilib. Atəşfəşanlıq Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb, Müslim Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

 

İyulun 4-də Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı münasibətilə ziyafət verilib.

 

Azərbaycana həsr olunmuş foto sərginin açılışı və caz konserti

 

İyulun 5-də Kannda Azərbaycana həsr olunmuş foto sərginin açılışı olub. Bu sərgi ilk növbədə xalqımızın qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Məqsəd Azərbaycanın malik olduğu mədəni dəyərləri və bundan irəli gələn zənginliyi Avropa tamaşaçılarına çatdırmaqdır.

 

Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti olub.

 

Klassik musiqi gecəsi

 

İyulun 6-da Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində növbəti mərasim təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan mərasimdə iştirak ediblər.

 

Mərasimə gələn qonaqlar əvvəlcə Azərbaycana həsr edilən fotosərgi ilə tanış olublar.

 

Sonra Əməkdar Artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.

 

Konsertdən sonra təqdim olunan “Milli mətbəx günü”ndə qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

 

“Arşın mal alan” filminin təqdimatı

 

İyulun 7-də Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filmi nümayiş etdirilib.

 

Film Kann tamaşaçılarına fransız dilində alt yazısı ilə çatdırılıb.

 

Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti

 

İyulun 7-də Kannın Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olub. Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.

 

Kannda dörd gün davam edən Azərbaycan mədəniyyəti günlərinə bu konsertlə yekun vurulub.



Paylaş:

0.gif
0_0.gif
0_1.gif
0+.gif
0++.gif
0+++.gif
1.gif
2.gif
2+.gif
2++.gif
2+++.gif
2++++.gif
2+++++.gif
3.gif
4.gif
6.gif
6+.gif
7.gif
9.gif
10.gif
11.gif
12.gif
13.gif
14.gif
15.gif
16.gif
17.gif
18.gif
19.gif
20.gif
21.gif
22.gif
23.gif
23+.gif
23++.gif
23+++.gif
24.gif
25.gif
26.gif
27_.gif
28.gif
29.gif
30.gif
31.gif
31+.gif
31++.gif
31+++.gif
31++++.gif
31+++++.gif
31++++++.gif
32.gif
33.gif
33+.gif
33++.gif
33+++.gif
33++++.gif
33+++++.gif
33++++++.gif
34.gif
35.gif
36.gif
37.gif
38.gif
39.gif
40.gif
41.gif
42.gif
43.gif
44.gif
45.gif
46.gif
47.gif
48.gif
50.gif
51.gif
52.gif
52+.gif
52++.gif
52+++.gif
52++++.gif
52+++++.gif
52++++++.gif
52++++++++.gif
52+++++++++.gif
52++++++++++.gif
52+++++++++++.gif
52++++++++++++.gif
52+++++++++++++.gif
52++++++++++++++.gif
53.gif
54.gif
55.gif
56.gif
57.gif
58.gif
59.gif
60.gif
61.gif
62.gif
62+.gif
62++.gif
62+++.gif
62++++.gif
62+++++.gif
62+++++++.gif
62++++++++.gif
62+++++++++.gif
62++++++++++.gif
62+++++++++++.gif
63.gif
64.gif
65.gif
65+.gif
65++.gif
65+++.gif
65++++.gif
65+++++.gif
66.gif
67.gif
68.gif
69.gif
70.gif
70+.gif
70++.gif
70+++.gif
70++++.gif
70+++++.gif
70++++++.gif
71.gif
72.gif
73.gif
74.gif
75.gif
75_1.gif
75_2.gif
76.gif
77.gif
77+.gif
78.gif
79.gif
80.gif
80+.gif
81.gif
81+.gif
82.gif
83.gif
84.gif
85.gif
85+.gif
85++.gif
86.gif
87.gif
87+.gif
87++.gif
88.gif
88+.gif
89.gif
90.gif
92.gif
93.gif
94.gif
95.gif
96.gif
96+.gif
96++.gif
97.gif
97+.gif
98.gif
98+.gif
99.gif
99+.gif
100.gif
101.gif
102.gif
102+.gif
102++.gif
103.gif
103+.gif
103++.gif
103+++.gif
104.gif
104+.gif
104++.gif
105.gif
105+.JPG
105++.gif
106.gif
107.gif
108.gif
109.gif
110.gif
111.gif
111+.gif
112.gif
113.gif
114.gif
115.gif
116.gif
117.gif
118.gif
119.gif