Yunanıstanda Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti

  • Layihə
  • Foto
  • Video
  • Mətbuat


2014-cü il iyunun 6-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Afinanın “Meqaro Muzikis” Mədəniyyət Kompleksində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti olub.

 

Konsertdə Yunanıstanın dövlət və hökumət rəsmiləri, Afinada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və musiqisevərlər iştirak ediblər.

 

Konsertdə Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piatsolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri də səsləndirilib.

 

Konsertdən sonra qonaqlara Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər təqdim edilib.

 

Yunanıstanda nəzərdə tutulan silsilə tədbirləri geniş işıqlandırmaq məqsədi ilə www.azerbaijani-culture.gr saytı da istifadəyə verilib. 



3.JPG
4.JPG
6.JPG
7.JPG
8.JPG
9.JPG

İyunun 6-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Afinada keçirilən konserti yerli mətbuat tərəfindən də böyük maraqla qarşılanıb. Yunanıstan KİV-də dərc olunan bir sıra materiallarla yanaşı, təxminən 900 minlik  tamaşaçı auditoriyası olan Meqa TV-də Azərbaycan...