Fransada Azərbaycan milli musiqisinə həsr edilmiş Syam festivalı

  • Layihə
  • Foto


2014-cü il iyulun 6-dan 11-dək Fransanın Jura dağlarında yerləşən qədim Syam qəsrində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Syam festivalı keçirilib. Azərbaycanın mədəni dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədi daşıyan festival Azərbaycan milli musiqisinə həsr edilib.


Festivalın əsas təşəbbüskarı və rəhbəri “Xocalı 613” əsərinin müəllifi Pyer Tilloydur.


Dünyanın müxtəlif ölkələrindən 100-dən artıq bəstəkarın, ifaçının və musiqiçinin iştirak etdiyi festivalda 47 əsər ifa edilib.


Festivalın ilk günündə Azərbaycan və fransız musiqiçilərinin ifasında məşhur bəstəkarlar Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Vaqif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Musa Mirzəyevin, Firəngiz Əlizadənin və digərlərinin əsərləri səsləndirilib.


Festival çərçivəsində Azərbaycanın Xalq Artisti Murad Hüseynovun, caz ustası Emil Əfrasiyabın, gənc xanəndələrdən Arzu Əliyevanın, Ehtiram Hüseynovun, onları müşayiət edən Elşən və Malik Mansurov qardaşlarının, Hüsaməddin Əzizovun ifaları dinlənilib.



Paylaş:

0.jpg
01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07_.jpg
08.jpg