2013-cü il iyulun 7-də Kannın La Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olub. Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.
Kannda dörd gün davam edən Azərbaycan mədəniyyəti günlərinə bu konsertlə yekun vurulub.