2014-cü il noyabrın 12-dən 18-dək Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə İkinci Beynəlxalq Aşıq Festivalı keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarlar iştirak edib.
Festivalın iştirakçıları Azərbaycanın bir sıra bölgələrində konsert proqramları ilə çıxış ediblər.