Kannda “Azərbaycan musiqi gecəsi”

  • Layihə
  • Foto


2015-ci il iyulun 15-də Kannda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində “Azərbaycan musiqi gecəsi” təşkil olunub.

 

Kannın Festivallar sarayında keçirilən gecədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fransanın tanınmış ictimai-siyasi xadimləri, Kann şəhər rəhbərliyi və digər nüfuzlu qonaqlar iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotosərgi ilə tanış olublar. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri təqdim edilib.

 

Konsertdə tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun caz qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunub.



Paylaş:

01_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
02_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
03_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
04_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
05_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
06_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
07_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
08_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
09_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
10_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
11_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
12_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG
13_KANN-AZERBAYCAN MUSIQI GECASI.JPG