2018-ci il martın 7-dən 14-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçirilib.
Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunub, beynəlxalq elmi simpozium və muğam müsabiqəsi keçirilib. Müsabiqəyə Azərbaycan, Türkiyə, Moldova, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən olan musiqiçilər qatılıblar.
Tədbirlərdə Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər ölkələrdən musiqiçi və münsiflər heyəti iştirak ediblər.