2011-ci il aprelin 19-dan 29-dək UNESCO-nun mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilib. Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və UNESCO-nun baş direktoru İrina Bokova iştirak ediblər.
Sərgidə coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunub.
Sərgidə xalq rəssamı Tahir Salahovun rəsm əsərlərinin xalça üzərində toxunmuş nümunələri də təqdim olunub.