2013-cü il iyunun 21-də Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamı Endi Vorholun əsərlərindən ibarət “həyat, ölüm və gözəllik” mövzusunda sərgi açılıb.
Açılış mərasimində Endi Vorhol Muzeyinin təmsilçiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Sərgidə rəssamın 100-dək əsəri və qısa filmləri nümayiş etdirilir.
Sərgi təkcə Endi Vorhol haqqında deyil, eyni zamanda, avanqard film, pop-art barədə geniş məlumat əldə etməyə imkan verir.
Sərgi sentyabrın 9-dək davam edib.
Endi Vorholun əsərlərini dünyanın bir çox muzeylərində təqdim edən Endi Vorhol Muzeyinin geniş səyyar sərgi proqramı var. Muzeyin 1996-cı ildən etibarən 40 ölkədə təşkil etdiyi sərgiləri 10 milyondan çox ziyarətçi izləyib.