2013-cü il noyabrın 14-də Almaniyanın Ştutqart şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə “Azərbaycanı tanıdım” layihəsi çərçivəsində “Azərbaycan gecəsi” təşkil olunub.
Tədbir çərçivəsində “Almanlar Azərbaycanda” adlı fotosərgi nümayiş etdirilib, qonaqlara Heydər Əliyev Fondunun alman dilində Azərbaycanın tarixi və mədəni irsini tərənnüm edən nəşrləri paylanıb, Azərbaycan mətbəxi təqdim edilib.
Gecədə Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyevin musiqiləri, Xalq Artisti Fərhad Bədəlbəyli və Murad Hüseynovun pianoda ifaları səsləndirilib, Köln şəhərinin “Minguet Quartett”i çıxış edib.