2014-cü il sentyabrın 17-də Qobustanın UNESCO-da tanıtımı çərçivəsində “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olub.
Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Böyük Azərbaycan bəstəkarı Fərəc Qarayevin ölməz əsərlərindən olan “Qobustan kölgələri” baletinin ilk premyerası 1969-cu ildə baş tutub. Sonradan o, Paris, Nis, Luksemburq, Monte Karlo, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdə uğurla nümayiş olunub.
Həmin gün Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı da olub.