Mejevdə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi və konsert

  • Layihə
  • Foto


2015-ci il yanvarın 17-də Fransanın Mejev şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi və konsert təşkil olunub.


Sərgidə Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən  misgərlik məmulatları, şəbəkələr, Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Azərbaycan xalçaları, XII əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına dair materiallar, həmin dövrə aid arxeoloji tapıntılar, Qusar rayonundan olan rəssam, Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü, əsərləri müxtəlif ölkələrin muzeylərində saxlanılan Əliyar Əlimirzəyevin rəsm əsərləri nümayiş olunub.


Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri paylanıb, Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.


Tədbirdə Əməkdar artist, virtuoz ifaçı İsfar Sarabskinin rəhbərlik etdiyi caz qrupunun konserti olub.


Sərgi yanvar ayının sonunadək davam edib.


Azərbaycan mədəniyyəti günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Mejevin orta məktəb şagirdlərinə Azərbaycan haqda məlumat verilib, onlara Azərbaycan şirniyyatları təqdim edilib.



Paylaş:

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
05+.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg