Qala festivalı

  • Layihə
  • Foto


Xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi ilə Heydər Əliyev Fondu 2010-cu ilin iyununda Qala festivalını keçirib.


Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində keçirilən festivala Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2500 uşaq qatılıb. Festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini əks etdirən əl işləri nümayiş etdirilib, uşaqlar üçün ustad dərsləri təşkil olunub.


Festival zamanı qədim etnoqrafik ənənələr teatrlaşdırılmış səhnələr vasitəsilə iştirakçılara çatdırılmış, qonaqlara kündə yaymaq, yun daramaq, buğdanı üyütmək üsulları göstərilmişdir.



Paylaş:

01.JPG
02.JPG
03.JPG
04.JPG
05.JPG
06.JPG
07.JPG
08.JPG
09.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG
014.JPG
015.JPG
016.JPG