“Macarıstan günləri” çərçivəsində sərgi və qala konsert

  • Layihə
  • Foto


2017-ci il martın 17-də Heydər Əliyev Mərkəzində “Azərbaycanda Macarıstan günləri” çərçivəsində rəsm sərgisinin açılışı və qala konsert olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.

 

Macar mədəniyyətinin ölkəmizdə təbliğinə xidmət edən bu layihə Macarıstanın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.

 

“Azərbaycanda Macarıstan günləri” çərçivəsində macar rəssam Ferents Аyzenhutun əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub.

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Ferents Аyzenhutun Bakıda, ümumiyyətlə, Qafqazda çəkdiyi rəsmlər indi dünya mədəni irsinin nadir nümunələri sırasındadır və onlardan 26-sı məhz “Azərbaycanda Macarıstan günləri” çərçivəsində Bakıda ilk dəfə nümayiş etdirilib.

 

Sonra Macarıstanın Dövlət Xalq Ansamblının iştirakı ilə qala konsert olub.

 

Bakı tamaşaçıları qarşısında 70 nəfərlik heyətlə çıxış edən Macarıstanın Dövlət Xalq Ansamblının konserti macar xalq musiqi və rəqsləri ilə müşayiət olunub.



Paylaş:

003.JPG
004.JPG
005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG