“Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisi

  • Layihə
  • Foto


Yuxarı Gövhər Ağa məscidinin ərazisindəki mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” adlı sərgi təqdim olunur. 

 

Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş sərgidə Nəvvabın Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar nümayiş etdirilir. Ekspozisiyada astronomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabın bu sahə üzrə çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də təqdim olunur.


006.JPG
007.JPG
012.JPG