Binə qəsəbəsində İmam Rza məscidi

  • Layihə
  • Foto


Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub. 2012-ci ilin sentyabrında başlanan yenidənqurma işləri 2013-cü ilin mayında başa çatıb. 2013-cü il iyunun 6-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məscidin açılışında iştirak edib.

 

Məscid, minarə və xidməti otaqlardan ibarət kompleksin ümumi sahəsi 1800 m2 -dir. Məscidin əsas binasının bünövrəsində bərkitmə-gücləndirmə və izolə işləri aparılıb. Binanın və hündürlüyü 21 metr olan minarənin günbəzləri tamamilə sökülərək yenidən quraşdırılıb. Qapı və pəncərələr dəyişdirilib, divar və tavanda bəzək-tərtibat işləri aparılıb, istilik sistemi ilə təchiz olunmuş döşəmə quraşdırılıb, elektrik kabelləri, istilik sistemi, isti və soyuq su xətləri təzələnib. Mətbəx və köməkçi sahələr avadanlıqla təchiz olunub.

 

Kompleksə daxil olan binaların fasadları daş lövhələrlə üzlənib. Məscidin həyətində abadlıq işləri aparılıb, yaşıllıq salınıb.

 

Məscidin hasarı tamamilə sökülərək yenidən tikilib, darvaza və metal barmaqlıqlar dəyişdirilib.

 

Məsciddə eyni vaxtda 230 nəfərin ibadət etməsi mümkündür. İkinci mərtəbədə qadınların ibadət etməsi üçün yer yaradılıb. 



001.gif
009.gif
010.gif
011.gif