Ağdam Cümə məscidi

  • Layihə
  • Foto


Ağdam şəhərində yerləşən Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.

 

Məscid memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Burada konservasiya və restavrasiya işlərinə 2022-ci ilin martından başlanılıb.

 

Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra “PAŞA Holdinq” şirkətinin dəstəyi ilə ilkin memarlıq üslubuna uyğun olaraq aparılan bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər, Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti də cəlb olunub.

 

Restavrasiya prosesində ilkin tikinti zamanı istifadə olunan materiallar avstriyalı ekspertlər tərəfindən araşdırılıb. Məscidin eyvan divarlarında daş və birləşmələr qeyri-təbii materiallardan təmizlənərək bərpa olunub, həmçinin bünövrələrin möhkəmləndirilməsi işləri aparılıb. Qırıq minarə daşları bərpa olunub, taxta konstruksiyaların bərpası və konservasiyası işləri görülüb.

 

Məscidin içindəki daşlar, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.

 

İşğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da burada nümayiş etdirilir.


01.JPG
09.jpg
10.jpg