Zəngilan məscidi

  • Layihə
  • Foto


Zəngilan şəhərindəki yeni məscid Heydər Əliyev Fondu tərəfindən inşa edilib.

 

Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə buradakı tarixi məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirmişdi. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib.

 

Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Burada 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.

 

İşğal dövründə dağıdılmış tarixi Zəngilan məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgidə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizm aktlarına dair faktlar yer alıb.


19.JPG
20.JPG
21.JPG
22.JPG
23.jpg