“Arşın mal alan” filmi

  • Layihə
  • Foto


“Arşın mal alan” filmi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan “Hollywood”da bərpa edilərək rəngli formatda hazırlanıb. Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində Asiya, Avropa və Amerikadan olan 157 nəfərlik heyət çalışıb. Onların arasında “Oskar” mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri də olub.

 

2013-cü il dekabrın 10-da Heydər Əliyev Mərkəzində filmin premyerası olub.


Film 2013-cü ildə Kannda, 2015-ci ildə isə Hollivudda nümayiş etdirilib.


Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilib. Rza Təhmasib və Nikolay Leşenkonun quruluş verdiyi ekran əsərində Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi korifeylər rol alıblar.



2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg