UNESCO-da “Azərbaycan: Ənənədən müasirliyə” mövzusunda sərgi

  • Layihə
  • Foto


2015-ci il mayın 13-də hər il qeyd olunan Avropa muzeylər gecəsi çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun mənzil-qərargahında “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərgi təşkil olunub.

 

Sərginin “Azərbaycan: Ənənədən müasirliyə” guşəsində arxeoloji nümunələr, qədim və orta əsrlərdə Azərbaycanda istifadə olunmuş pul sikkələri, zərgərlik məmulatları, mis qablar və dulusçuluq nümunələri, qədim qadın və kişi geyimləri, milli musiqi alətləri, tikmələr və xalça məmulatları nümayiş etdirilib.

 

“Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş guşədə Azərbaycanın tanınmış heykəltəraşları ilə yanaşı, istedadlı gənclərin yarışların keçiriləcəyi 20 idman növü üzrə bürüncdən hazırladıqları işlər sərgilənib.

 

“Azərbaycanın müasir incəsənəti” adlı bölmədə görkəmli rəssamlardan Toğrul Nərimanbəyovun, Altay Sadıqzadənin, Əşrəf Muradın, Leyla Əliyevanın, Müseyib Əmirovun, Məmmədkərim Quliyevin, Əhəd Məmmədovun, DarvinVəlibəyovun, Sabir Çopuroğlunun, Əliyar Əlimirzəyevin, Niyaz Nəcəfovun, Orxan Hüseynovun, Faiq Əhmədin və digərlərinin əsərləri nümayiş etdirilib.

 

Sərgidə ayrı bir guşə Azərbaycanın ən qədim atüstü oyunu olan Çövkənə həsr olunub.

 

Tədbir iştirakçılarına dahi Azərbaycan şairi Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən ingilis və fransız dillərində çap olunmuş nəşrləri, eləcə də musiqi diskləri təqdim olunub.

 

Sərginin açılışında “Azərbaycan cazının yeni nəsli” adlı konsert proqramı da təqdim olunub. Konsertdə beynəlxalq caz festivallarının iştirakçısı, virtuoz ifaçı Şahin Növrəsli çıxış edib. Onu zərb alətlərində Ari Hofenig, kontrabasda Natan Pek, tarda Arslan Növrəsli, kamançada isə Nurlan Növrəsli müşayiət ediblər.

 

Sərgi mayın 20-dək davam edib.



Paylaş:

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
10.jpg
11.jpg
12.jpg
13.jpg
13+.jpg
14.jpg
15.jpg
15+.jpg
16.jpg
17.jpg
18.jpg
19.jpg
20.jpg
21.jpg
22.jpg
23.jpg
24.jpg
25.jpg
26.jpg
27.jpg
28.jpg
29.jpg
30.jpg
31.jpg
32.jpg
33.jpg
34.jpg
35.jpg
36.jpg
37.jpg
38.jpg
39.jpg
40.jpg
41.jpg
42.jpg