2018-ci il 14 iyul – 4 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilib.
Mədəniyyət günləri çərçivəsində Kanndakı Festivallar və Konqreslər Sarayında Azərbaycanın görkəmli rəssamları Lətif Feyzullayevin və Vəcihə Səmədovanın əsərlərindən ibarət “Məhəbbət tandemi” sərgisinin açılış mərasimi olub.
Sərgidə Lətif Feyzullayevin və Vəcihə Səmədovanın doğma yurdumuzun gözəlliyini, soydaşlarımızın həyat tərzini, qayğılarını və əməyini əks etdirən 50-dən çox əsəri nümayiş olunub.
Sərgi avqustun 4-dək davam edib.
Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində ziyafət də təşkil edilib. Gecədə Azərbaycanın tanınmış musiqiçiləri – Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın iştirakı ilə konsert proqramı təqdim olunub, milli musiqimizin inciləri səsləndirilib.