2018-ci il oktyabrın 17-dən 21-dək Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Moskva hökumətinin təşkilatçılığı, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərib.
Şəhərcikdə Azərbaycan mədəniyyəti və tarixi, milli mətbəx nümunələri təqdim edilib, misgərlik, xalçaçılıq, müxtəlif sənətkarlıq növləri üzrə məhsullar nümayiş etdirilib. 5 gün ərzində Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində konsert və sərgilər təşkil olunub, şəhərciyə gələnlərə Azərbaycanın müxtəlif milli sənətkarlıq nümunələrinin hazırlanması və milli rəqslər, musiqi alətlərində ifa üzrə ustad dərsləri də keçirilib.
Tədbir çərçivəsində Azərbaycan mətbəxini təqdim edən restoranlar, çay evi, Azərbaycanda istehsal olunan müxtəlif məhsulların satışı təşkil edilib.