Bosniya və Herseqovinanın Kotor Varoş şəhərinin Səhiyyə Mərkəzi nəzdində Təcili Tibbi Yardım Mərkəzi Heydər Əliyev Fondunun dəstəyilə inşa olunub. 2018-ci il sentyabrın 10-da Təcili Tibbi Yardım Mərkəzinin açılışı olub.
Heydər Əliyev Fondu, həmçinin Tibbi Mərkəzə ən müasir avadanlıqla təchiz edilmiş təcili tibbi yardım maşını hədiyyə edib.