02.jpg
16 noyabr 2012

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının (UNEP) regional direktoru Jan Dusiklə görüşüb

Noyabrın 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın təsisçisi Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının (UNEP) regional direktoru Jan Dusiklə görüşüb.


Görüş İDEA və UNEP-in əməkdaşlığı ilə həyata keçirilən “Yaşıl həftə” layihəsi çərçivəsində baş tutub.


Görüşdə layihənin əhəmiyyəti vurğulanmış, Azərbaycan ilə UNEP arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi üzrə gələcəkdə də birgə bir çox proqramların və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.


FOTO