001.jpg
16 noyabr 2012

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz ofisinin regional direktoru Georgi Sanadiradze ilə görüşüb

Noyabrın 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın təsisçisi Leyla xanım Əliyeva Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz ofisinin regional direktoru Georgi Sanadiradze ilə görüşüb.


İDEA və UNEP-in əməkdaşlığı ilə reallaşdırılan “Yaşıl həftə” layihəsi çərçivəsində keçirilən görüşdə ölkəmizdə İDEA təşəbbüsü ilə icra olunan layihənin əhəmiyyəti vurğulanmış, bu istiqamətdə görülən işlər yüksək qiymətləndirilmişdir.


İDEA-nın təsisçisi Leyla Əliyeva beynəlxalq kampaniyanın cəmi bir il mövcud olmasına baxmayaraq, ətraf mühitin, o cümlədən nadir növ heyvanların müdafiəsi sahəsində bir çox işlər görüldüyünü bildirmiş, Azərbaycanda ekoloji proqramlara və layihələrə böyük diqqət yetirildiyini qeyd etmişdir.


Görüşdə, həmçinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, gələcəkdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılmışdır.


FOTO