0001.jpg
16 noyabr 2012

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin direktoru Zsuzsanna Jakabla görüşüb

Noyabrın 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın təsisçisi Leyla xanım Əliyeva Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin direktoru Zsuzsanna Jakabla görüşüb.


Görüşdə kampaniya tərəfindən Azərbaycanda həyata keçirilən layihələr yüksək qiymətləndirilmiş, İDEA ilə DST arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud potensialın olduğu bildirilmişdir.


İDEA və UNEP-in əməkdaşlığı ilə həyata keçirilən “Yaşıl həftə” layihəsi çərçivəsində baş tutan görüşdə, həmçinin gələcək layihələr ətrafında fikir mübadiləsi aparılmışdır.


FOTO