04.jpg
20 dekabr 2013

Leyla Əliyeva Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb

Dekabrın 20-də Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin arasında görüş olub.

 

Qubernator Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi böyük diqqətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda böyük layihələr həyata keçirilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qubernator Aleksandr Jilkinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsini yüksək qiymətləndirərək qeyd edib ki, Heydər Əliyev Fondu Həştərxanda bir sıra layihələr həyata keçirib, bu gün knyaz Vladimirin abidəsinin açılışı, habelə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçiriləcəkdir.

 

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, habelə Həştərxan vilayətindəki Azərbaycan diasporunun rəhbərləri iştirak ediblər.


FOTO

Paylaş: