img_17330.jpg
20 fevral 2014

Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası üzrə mütəxəssislərli qəbul edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bəbir populyasiyalarının qorunması və bərpası üzrə dünya şöhrətli mütəxəssislər - Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Şuranın eksperti Ursom Breytenmozer və London Zoologiya Cəmiyyətinin eskperti Kris Rensomu qəbul edib.

 

Ekspertlər Bakıya Leyla Əliyevanın dəvəti ilə gəliblər. Onlar Azərbaycanda Qafqaz bəbirləri ilə bağlı vəziyyəti və onların sayının artırılması yollarını öyrənəcəklər.

 

Görüşdə ölkənin relyef xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycanda bəbirlərin yaşayışı üçün əlverişli mühitin yaradılması, o cümlədən bu növ populyasiyaların bərpasının ən effektiv yolları müzakirə edilib.


FOTO

Paylaş: