02_MOSKVA-28 MAY-RESPUBLIKA GUNU .JPG
28 may 2009

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Rusiyanın paytaxtında 28 May-Respublika gününə həsr edilmiş mərasimdə iştirak edib

Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May-Respublika gününə həsr edilmiş mərasim keçirilmişdir.

 

Tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyea, Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Yakovenko, Rusiya Federal Məclisinin və Dövlət Dumasının üzvləri, ictimai-siyasi xadimlər, xarici ölkələrin Rusiyadakı səfirləri iştirak etmişlər.

 

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulamışdır ki, bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu münasibətlərin kökündə isə xalqlarımızın tarixi dostluğu və möhkəm qonşuluq əlaqələri dayanır. Ölkəmizin müstəqillik tarixində Azərbaycan-Rusiya münasibətlərinin mühüm əhəmiyyətini qeyd edən səfir iki ölkə arasında inkişaf edən əlaqələrin qarşılıqlı anlaşmaya və etimada söykəndiyini diqqətə çatdırmışdır. Ölkələrimiz arasında münasibətlərin inkişafında hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu vurğulamışdır. Səfir demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev və Rusiyanın o vaxtkı Prezidenti Vladimir Putin tərəfindən əsası qoyulan əməkdaşlıq bu gün yeni müstəvidə Prezident İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən davam etdirilir.

 

Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Yakovenko çıxışında bayram münasibətilə Azərbaycan xalqını təbrik edərək vurğulamışdır ki, Rusiya Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır və bu əlaqələrə böyük dəyər verir. Aleksandr Yakovenko əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.

 

Respublika gününə həsr edilən tədbirdə Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunmuşdur.

 


FOTO

Paylaş: