19 oktyabr 2007

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva İvanovo vilayətinə səfər edib

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, Rusiyadakı azərbaycanlı gənclərin lideri Leyla Əliyeva oktyabrın 19-da İvanovo vilayətinə səfər etmişdir. O, vilayətin icra hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparmışdır.


Görüşlərdə gənclər siyasəti, vilayətdə gənc azərbaycanlılar klubunun yaradılması məsələləri müzakirə olunmuşdur. Leyla Əliyeva demişdir ki, Rusiyanın digər regionlarında da belə klublar yaradılır və bu, cəmiyyətdə tolerantlığın formalaşmasına, xalqlarımızın mədəniyyətlərinin yaxınlaşmasına xidmət edir.


Vilayət hökuməti sədrinin müavini Yuliya Jukovskaya demişdir ki, mədəniyyət, elm və idman sahələrində daha sıx əməkdaşlıq yerli və azərbaycanlı gənclərin bir-birini daha yaxından tanımalarına kömək edəcəkdir.


Paylaş: