Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – İDEA-nın və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlığı ilə həyata keçirilən “Yaşıl həftə” layihəsi çərçivəsində Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Nazirlər Şurasının üçüncü iclası keçirilib.
İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla xanım Əliyeva iştirak edib.
İclasda çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışmış, “Yaşıl həftə”nin də belə layihələrdən biri olduğunu bildirmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla Əliyeva iclasda çıxış etdi.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) regional direktoru Jan Dusik və digər çıxış edənlər isə Azərbaycanın regionda lider dövlət kimi “yaşıl iqtisadiyyat”ın inkişafında mühüm rol oynayacağını bildirmişlər. Natiqlər ətraf mühitin qorunması, yaşadığımız dünyanın gələcək nəsillər üçün təhlükəsiz məkana çevrilməsi baxımından hər birimizin üzərinə ciddi məsuliyyət düşdüyünü vurğulamışlar.
İclas işini müzakirələrlə davam etdirmişdir.