10_UAK-MARKAZI SHURA-ICLAS.jpg
5 fevral 2013

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclasında iştirak edib

Fevralın 5-də Moskvanın “Prezident” hotelində Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının növbədənkənar iclası keçirilib. İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.

 

Tədbirdən əvvəl ÜAK Rəyasət Heyətinin üzvləri – Azərbaycanının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, İTAR-TASS Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə görüş keçirildi. Görüşdə bir sıra əhəmiyyətli məsələlər müzakirə olundu. Sonra geniş tərkibdə keçirilən iclası ÜAK-ın prezidenti, akademik Məmməd Əliyev açaraq Azərbaycan diasporunun nümayəndələrini salamladı.

 

Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndi, ÜAK-ın 2012-ci ildə fəaliyyətini əks etdirən film nümayiş olundu.

 

Sonda ÜAK-ın 2013-cü il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə olundu. Qeyd edildi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar kompleks tədbirlərin təşkili prioritet məsələlər sırasındadır.

 

Çıxışlardan sonra Məmməd Əliyev iclasa yekun vurdu, təşkilatın fəaliyyətini bütövlükdə müsbət qiymətləndirdi.


FOTO