Sabirabadda uşaq bağçası

  • Layihə
  • Foto


Sabirabad şəhərində yerləşən uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2014-cü il dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabada səfəri çərçivəsində uşaq bağçasının açılışında iştirak edib.


100 yerlik uşaq bağçasında uşaqların təlim-tərbiyəsi üçün lazımi şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 80 uşaq 4 qrupda təlim-tərbiyə alacaq.


Uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb. 



Paylaş:

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg