Nizami rayonunda 110 nömrəli körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Nizami rayonundakı 110 nömrəli körpələr evi-uşaq bağçasındakı yeni korpus Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib.

 

2015-ci il iyunun 1-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva istifadəyə verilmiş yeni korpusla tanış olub.

 

1965-ci ildən fəaliyyət göstərən bağça 2011-ci ildə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmir olunub. 2014-cü ilin avqustunda Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramı çərçivəsində bağçada əlavə korpusun inşasına başlanılıb.

 

İstifadəyə verilmiş yeni korpus ikimərtəbədən ibarətdir. Burada uşaqların rahatlığı, istirahəti və təlim-tərbiyəsi üçün lazımi şərait yaradılıb. Yeni korpusda 4 qrupda 80 uşağa təlim-tərbiyə verilir. Ümumilikdə, bağçada 12 qrupda 220 uşaq vardır. 



Paylaş:

01.jpg
02.jpg