Füzuli rayonunun Bala Bəhmənli kəndində körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2015-ci sentyabrın 7-də körpələr evi-uşaq bağçası istifadəyə verilib.

 

İkimərtəbəli 60 çarpayılıq binada uşaqların təlim-tərbiyəsi, intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına uyğun qruplar formalaşdırılıb. Otaqlar bütün zəruri ləvazimat və avadanlıqlar ilə təchiz olunub. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.



Paylaş:

_DSC1050.JPG