Biləsuvar şəhərində uşaq bağçası

  • Layihə
  • Foto


Biləsuvar şəhərinin “Təyyarə meydanı” yaşayış massivində yerləşən uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2015-ci il sentyabrın 11-də bağça istifadəyə verilib.

 

İkimərtəbəli bina 20 otaqdan ibarətdir. 100 yerlik bağçada uşaqların təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Bağçada dörd qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun öz məşğələ, oyun, kompyuter, yataq otaqları və yeməkxanası var.

 

Müasir tələblər səviyyəsində inşa edilən bağça ayrıca havalandırma, isitmə və soyutma sisteminə malikdir, lazımi avadanlıq və inventarla təchiz edilib. Həyətdə abadlıq və yaşıllaşdırma işləri aparılıb.



Paylaş:

10.jpg