Kürdəmir şəhərində körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Kürdəmir şəhərində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. Bağçanın inşasına 2014-cü ilin mayında başlanılıb. 2015-ci il sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.


Ümumi sahəsi 1200 kvadratmetr olan bağça lazımi avadanlıqla təchiz edilib. Bağçanın ərazisində yaşıllıq zolağı salınıb, gül kolları əkilib, 2 yay çardağı, attraksion meydançası quraşdırılıb.


100 yerlik bağçada 30 nəfər pedaqoji işçinin çalışması nəzərdə tutulub.



Paylaş:

001.jpg
005.jpg
006.jpg