Xəzər rayonunun Mərdəkan qəsəbəsində 91 nömrəli körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub.

 

Müəssisə 1963-cü ildən fəaliyyət göstərir. 2015-ci ildə müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il noyabrın 12-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

 

Bina iki mərtəbədən ibarətdir. Müəssisə zəruri avadanlıqla təchiz edilib. Bağçanın həyətində yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.

 

200 yerlik körpələr-evi uşaq bağçasında on qrup fəaliyyət göstərir. Uşaqlar xüsusi dərnəklərdə rus və ingilis dilləri də öyrənirlər.



Paylaş:

001.JPG
005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG