Zərdab şəhərində 4 saylı körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto

Zərdab şəhərində yerləşən 4 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib.

 

2016-cı il sentyabrın 10-da istifadəyə verilmiş təhsil müəssisəsi 50 yerlikdir. Müəssisədə lazımi avadanlıqlarla təchiz edilən məşğələ və oyun, tibb, yataq, musiqi və gimnastika otaqları, habelə mətbəx və camaşırxana, digər xidməti otaqlar var. Metodiki və dərs vəsaitləri, zəruri avadanlıqlar, istilik və soyutma sistemləri ilə təchiz edilən körpələr evinin ətrafı da abadlaşdırılıb. Həyətə asfalt örtüyü vurulub, yaşıllıqlar salınıb, işıqlandırma sistemi və uşaq əyləncə qurğuları quraşdırılıb.


Paylaş:

1.JPG
7.JPG
8.JPG