Tərtər şəhərində körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto

Tərtər şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində körpələr evi-uşaq bağçası inşa edilib. 2016-cı il dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bağçanın açılışında iştirak ediblər.

 

Bağçanın inşasına 2014-cü ilin iyulunda başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 1200 kvadratmetrdir. Binada dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt zalı, metodist, kompüter və digər texniki otaqlar var.

 

Bağçanın ərazisi dekorativ daş hasara alınıb, həyətdə su anbarı, qazanxana tikilib, transformator yarımstansiyası quraşdırılıb, əyləncə meydançası yaradılıb.

 

100 yerlik körpələr evi-uşaq bağçasında 31 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.


Paylaş:

03.JPG
04.JPG
05.JPG