Saatlı şəhərinin Heydər Əliyev prospektində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib.
Binanın tikintisinə 2015-ci ilin mayında başlanılıb. 2016-cı ilin dekabrında inşaat işləri tam yekunlaşıb.
2017-ci il martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil müəssisəsinin açılışında iştirak edib.
İkimərtəbəli körpələr evi-uşaq bağçası 100 yerlikdir. Binanın ümumi sahəsi 942,6 kvadratmetrdir. Burada 4 qrup və 4 yataq otağı var. Binada tibb otağı, yeməkxana, mətbəx, camaşırxana, metodiki kabinet, oyun və musiqi zalları var.
Binanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Həyətdə uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.
Bu məktəbəqədər təhsil müəssisəsində 27 nəfər daimi işlə təmin ediləcək.