Nəsimi rayonunda “Qərənfil” körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Bakının Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində əsaslı təmir edilib.

 

Bağça 1968-ci ildən fəaliyyət göstərir. Burada təmir işlərinə bu ilin fevral ayında başlanılıb. 2017-ci il sentyabrın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təhsil müəssisəsində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

 

Bina ikimərtəbəlidir və üç korpusdan ibarətdir. 225 yerlik körpələr evi-uşaq bağçasında 12 qrup fəaliyyət göstərir. Binada məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana var.

 

Bağçanın həyətində yenidənqurma işləri aparılıb, müasir uşaq əyləncə qurğuları quraşdırılıb. Məktəbəqədər təhsil müəssisəsində uşaqların yol hərəkəti qaydalarına yiyələnmələri üçün xüsusi guşə yaradılıb.


Paylaş:

004.JPG
005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG