Lerik şəhərində 2 saylı körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto

Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa olunub. 2018-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil müəssisəsinin açılışında iştirak edib.

 

Uşaq bağçasının inşasına 2015-ci ilin mayında başlanılıb. İnşaat işləri 2018-ci ilin mayında yekunlaşıb.

 

İkimərtəbəli binada qrup, yataq, yemək otaqları və xidməti otaqlar var. Burada, eyni zamanda, musiqi və gimnastika, həmçinin kompüter otağı da balacaların ixtiyarına verilib. Müəssisə zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Bağçanın ərazisində balacaların əylənməsi üçün meydança yaradılıb.

 

100 yerlik körpələr evi-uşaq bağçasında 22 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.


1.JPG
005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG