Oğuz şəhərində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.
100 yerlik bağçada 5 qrup otağı, həkim bölməsi, musiqi zalı, yeməkxana, mətbəx, gimnastika, kompüter, metodist və yardımçı otaqlar yaradılıb.
Bina müasir avadanlıqlar, inventar və mebel dəstləri ilə təchiz olunub. Həyətyanı sahə abadlaşdırılıb.