Şamaxının İkinci Cabanı kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.
Məktəbəqədər təhsil müəssisəsində yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur. Bina zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Həyətyanı ərazidə yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları quraşdırılıb.