002.JPG
3 mart 2010

Mehriban Əliyeva İtaliyanın San Rafaelo Fondunun vitse-prezidenti Mario Kal ilə görüşüb

Martın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın San Rafaelo Fondunun vitse-prezidenti Mario Kal ilə görüşmüşdür.


Görüşdə iki qurum arasında əməkdaşlığın perspektivləri, o cümlədən həkim, mütəxəssis mübadiləsi, birgə elmi araşdırmaların aparılması məsələləri müzakirə olunmuşdur.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və İtaliyanın San Rafaelo Fondunun vitse-prezidenti Mario Kal gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmışlar.


FOTO