001.JPG
7 sentyabr 2010

ABŞ Konqresi kitabxanasının direktoru Ceyms Billinqtonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş

Sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ABŞ Konqresi kitabxanasının direktoru Ceyms Billinqtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Görüşdə Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlığa dair memorandumun imzalanması ilə bağlı razılıq əldə olunmuşdur.


Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda əlyazmaların rəqəmsal formata çevrilməsi üçün birgə işlər aparılacaqdır. Bu əlyazmalar dünya rəqəmsal kitabxanasının saytında yerləşdiriləcəkdir. Bundan sonra dünya ictimaiyyəti bu əlyazmalardan istifadə edə biləcəkdir.


FOTO