001.JPG
6 noyabr 2009

Mehriban Əliyeva Gürcüstanın Patriarx Katalikosu II İliya ilə görüşüb

Noyabrın 6-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda səfərdə olan Gürcüstanın Patriarx Katolikosu II İlya ilə görüşmüşdür.

 

Qonağı səmimi salamlayan Mehriban xanım Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat vermişdir.

 

Fondun yaxın zamanlarda Gürcüstanda bir neçə layihə həyata keçirməyə hazırlaşdığını bildirən Mehriban xanım bu layihələr çərçivəsində qonşu ölkədə yeni təhsil ocaqlarının inşasının nəzərdə tutulduğunu söyləmişdir.

 

Azərbaycanın tolerantlıq baxımından nümunə sayılacaq ölkə olduğunu deyən Mehriban xanım xüsusi vurğuladı ki, müxtəlif dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda dostluq şəraitində yaşamışlar. Azərbaycanda insanlara dininə, dilinə, milliyyətinə, irqinə görə fərq qoyulmur. Bu, həm Azərbaycan xalqının, həm də dövlətin digər dinlərə və millətlərə olan münasibətidir.

 

Fond “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində dünyada bir sıra məbədlərin yenidən qurulması və əsaslı təmirində yaxından iştirak edir. Bu il Fond tərəfindən Gürcüstanda yenidən qurularaq istifadəyə verilən məscid də layihə çərçivəsində görülən işlərin tərkib hissəsidir.

 

Gürcüstanın Patriarx Katolikosu II İlya Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr haqqında məlumatlı olduğunu bildirərək, bu qəbildən olan işlərin Gürcüstanda da həyata keçirilməsindən məmnunluğunu bildirmişdir.

 

Görüşün sonunda möhtərəm qonaq Mehriban xanım Əliyevaya xatirə hədiyyəsi təqdim etmişdir.


FOTO